sedanews.az
sedanews.az

Sahibkarlar "Diqlas"ın sahibini görüşə çağırdı - Foto

27-03-2019, 14:57 1 128 dəfə baxılıb

                                                                       

Sahibkarlar "Diqlas"ın sahibini görüşə çağırdı - Foto

  <img src="https://imgs.su/upload/195/3832362511.jpg">      
            Ana səhifə                            Toplum                    
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                    "Diqlas" Ticarət Mərkəzində baş verən yanğında zərərçəkmiş sahibkarlarla icra başçısı arasında görüş keçirilir.
Musavat.com-un görüşdə iştirak edən müxbiri xəbər verir ki, görüş Nizami Rayon İcra Hakimiyyətində baş tutur.
İcra başçısı Arif Qasımov sahibkarla bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
Başçı qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının batmasına imkan verilməyəcək. Arif Qasımov sahibkarların narazılığının haqlı olduğunu qeyd edib.
Zərərçəkmiş sahibkarlar bildirib ki, "Diqlas" Ticarət Mərkəzinin rəhbərliyinin indiki ziyanı ödəmək imkanı var.
"Hər kəs bilir ki, bazar rəhbərliyinin imkanı var. Onlar bizim zərərimizi ödəyə bilər. İllərdir biz ora xeyir vermişik. Bircə gün icarə haqqını gecikdirəndə işləməyə imkan vermirdilər. Əvvəl 2 min manat icarəhaqqı verirdim. İki ay əvvəl gəlib "şapka" istədilər. Dedilər ki, 10 min manat ver, bundan sonra aylıq 700 manat icarə verəcəksən", - deyə sahibklardan biri deyib.
Sahibkarlar bildirib ki, "Diqlas" rəhbərliyi hələ də onlarla görüşməyib.
"Bizimlə ötür-ötür oynamasınlar. Biz tələb edirik ki, sözümüz ölkə rəhbərliyinə çatdırılsın. Biz neçə gözləyək? Bütün malımız yanıb, gündəlik qazancımız, çörək pulumuz artıq yoxdur. Bunun bir zəmanəti yoxdur", - deyə zərərçəkmişlər qeyd edib.
İcra başçısı deyib ki, ticarət mərkəzinin rəhbərliyi onlarla görüşəcək.
"Mən burada dövlətimizin nümayəndəsi kimi çıxış edirəm. Hamınızın dedikləri nəzərə alınır, qeyd edilir. Bütün sözlər ölkə rəhbərliyinə çatdırılacaq. Hazırda istintaq gedir. Hər kəs qəbul ediləcək, şikayəti dinləniləcək. Nə qədər zərər dəydiyi müəyyən ediləcək", - deyən icra başçısı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində nəzarətdədir.
Sahibkarlar bazar rəhbərliyinin sahibkarlarla görüşə gətirilməsini tələb ediblər.
İcra başçısı qeyd edib ki, bazar rəhbərliyinin və ya bu işdə kiminsə günahkar olduğunu demək indi mümkün deyil. Başçı qeyd edib ki, yekun qərar araşdırmalardan sonra veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA