sedanews.az
sedanews.az

Prezidentdən “Diqlas"la bağlı inanılmaz tapşırıq

28-03-2019, 12:07 1 078 dəfə baxılıb

Prezidentdən “Diqlas"la bağlı inanılmaz tapşırıq

        
                         
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
                    <img src="https://imgs.su/upload/195/3310468324.jpg">
Bu gün Nizami Rayon İcra Hakimiyyətində “Diqlas” yanğınında zərər çəkən sahibkarlarla görüş keçirilib.
Sedanews.az Real TV-yə istinadla xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri müavini Hüseyn Mövsümov, Prezident Administrasiyasının sektor müdiri Tağı Tağıyev, Nizami rayon icra başçısı Arif Qasımov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nəzarət İdarəsinin rəisi İsrayıl Əliyev, Vergilər Nazirliyinin müşavi Elçin Məmmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Nizami Rayon prokuroru Pərviz İbayev, Nizami Rayon Polis İdarəsinin rəisi Ədalət Abbasov, Kiçik və Orta Biznes İnkişafı Agentliyinin sədr müavini Natiq Həsənov iştirak edib.
Nizami rayon icra başçısı Arif Qasımov sahibkarlara məlumat verərək bildirib ki, görüş cənab Prezident İlham Əliyevin tapşırığı əsasında keçirilir.
Daha sonra Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri müavini Hüseyn Mövsümov çıxış edib. O bildirib ki, sahibkarlarla keçirilən görüşlə bağlı məlumat PA-ya çatdırılıb və cənab Prezident İlham Əliyevə operativ qaydada məruzə olunub:
“Cənab Prezidentin tapşırığı əsasında bu heyət sizinlə görüşə gəlib. Yanğın ilk andan etibarən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olub. Görülən təcili tədbirlər nəticəsində yanğın lokallaşdırıldı və şükürlər olsun ki, insan tələfatı baş vermədi. Əlbəttə, sizlərə ciddi maddi ziyan dəyib. Belə hadisələr dünyanın hər bir yerində olur. Yeri gəlmişkən deyim ki, heç bir ölkədə dövlət öz vətəndaşlarına bizim ölkəmiz qədər, cənab Prezident İlham Əliyev qədər diqqət və qayğı göstərmir, bu işlərlə sığorta şirkətləri məşğul olur və bunu da siz bilirsiniz”.
Daha sonra H.Mövsümov Prezidentin tapşırığını sahibkarlara çatdırıb:
“Hər birinizə dəymiş ziyan dövlət tərəfindən ödəniləcəkdir”.
H.Mövsümovun bu sözləri zalda böyük alqışlarla müşayiət olunub.
PA rəsmisi sahibkarları təxribatlara uymamağa çağırıb:
“Sadəcə, səbirli olun, bu kimi hallardan sui-istifadə edilməsinə icazə verməyin və heç bir təxribata uymayın. Hər birinizin haqqı müdafiə olunacaq. Bundan əmin ola bilərsiniz. Dövlət sizin yanınızdadır”.
Hüseyn Mövsümov onu da qeyd edib ki, “Diqlas”ın zirzəmisində olan mallara yanğın zamanı heç bir ziyan dəyməyib. Bəziləri sadəcə yanğın söndürülən zaman islanıb:
“1 saat sonra yenidən toplantı olacaq və komissiyanın yaradılması ilə bağlı müəyyən qərarlar qəbul ediləcək".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA