sedanews.az
sedanews.az

Cərimə sənin nəslin üçündür - Deputat

1-06-2020, 12:28 2 008 dəfə baxılıb

Cərimə sənin nəslin üçündür - Deputat




                Koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında, televiziyada gecə-gündüz maarifləndirici təbliğatla məşğul olub.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.
“Belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik. Bu cərimələr ondan ötəridir ki, maska taxılsın. Maskanı tax, cərimə almasınlar. Bundan Amerika kəşf edirlər ki, ya elə, ya belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanı yoxdursa, 50 manat cərimə verməkdənsə, 30 qəpik versin maskanı alsın da. Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töycü ödə və ya biyara get işlə”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA