sedanews.az
sedanews.az

Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıq-saçıq rolda çəkilərdim" - FOTO

15-10-2018, 22:29 1 386 dəfə baxılıb

Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıq-saçıq rolda çəkilərdim" - FOTO

#CƏMİYYƏT#MƏDƏNİYYƏT#MÜSAHİBƏ
Aktrisa Gülşən Hüseynlinin Milli.Az-a müsahibəsi.
- Gülşən, bu günlərdə "Ümidlər puç olanda" filminin təqdimatı oldu. Obrazınız ürəyinizcə idi?
- Ölkəmizin film bazarında komediyaların bu qədər çox çəkildiyi bir zamanda biz risk edib, dram janrında film çəkdik. Tamaşaçıların drama nə qədər ac olduğu görünürdü. Məncə, artıq dram janrının dövrü başlamalıdır. Sadəcə olaraq, bunu istəmək lazımdır. Biz bunu etdik. Bəli, rolumdan çox razıyam. Qala gecəsindəki izdihamı görəndə bir daha əmin oldum ki, tamaşaçılar da məndən razı qalıblar.
- Həyatda hansı ümidiniz puç olub?
- Həyat döyüş meydanıdır. Həm qalib gələrsən, həm də məğlub olarsan. Mən artıq buna alışmışam, ümidim dəfələrlə puç olub. Nə olursa, "Allah bilən məsləhətdir" deyib keçirəm.
- Hansı obrazın öhdəsindən gələ bilməmisiniz?
- Mənim öhdəsindən gələ bilməyəcəyim obraz yoxdur. Sadəcə, çəkilmərəm dediyim rol var. Amma bu, o demək deyil ki, mən onu bacarmıram, sadəcə, o rolda çəkilmək istəmirəm deyə razı olmaram.
- Hansı obrazlara çəkilməzsiniz?
- Açıq-saçıq səhnələri olan rollara çəkilmərəm. Artıq bəzi rejissorlarımız bunun çarəsini bardakı qızları filmdə çəkməkdə tapıblar (gülür). Filmdəki aktrisaların 80 faizini məhz elələri təşkil edir. Təbii ki, bu cür filmlərdə ciddi sənətdən söhbət gedə bilməz.
- Rejissorlar həmin insanları filmə çəkməklə sizin sənətinizi şübhə altına alırlar. Bir aktrisa kimi bu, sizə necə təsir edir? 
- Bu, artıq rejissorun qeyri-peşəkarlığından irəli gəlir. Bəzən kimi görürsən deyir ki, aktrisayam. Hər yerindən qalxan sənətin adını pisə çıxarır. Elin gözü tərəzidir, onlar yaxşı və pisi ayırd edə bilirlər.
- Heç bir pul qarşılığında açıq-saçıq rolda çəkilməzsiniz?
- Xeyr, çəkilmərəm. Amma başqa ölkədə yaşasaydım, çəkilərdim.
- Könlünüzün istəmədiyi bir şeyi sizə kimsə məcbur edə bilər?
- Xeyr, mümkün deyil. Mənim içim də, çölüm də eynidir. Əgər bir şey xoşuma gəlmədisə, onu mütləq biruzə verirəm.
- Gəlinlikdə tez-tez fotolar paylaşırsınız. Niyə hələ də ailə həyatı qurmamısınız?
- Konkret bəyəndiyimiz yoxdur.
- Gələcək həyat yoldaşınızın hansı qadağasını qəbul etməzsiniz?
- Sənətdən əl çək desə, qəbul etmərəm.
- Sənət sizin üçün bu qədər önəmlidir?
- Bəli, sənət çox önəmlidir. Məni sevirsə, mənim sənətimi də qəbul edib, sevməlidir.
- Sənətdən sizi kim küsdürə bilər?
- Mən heç kimin fikrini önəmsəyən insan deyiləm. Öz ağam özüməm. Yalnız özüm-özümə qadağa qoya bilərəm. Özümdən başqa heç kim məni sənətdən küsdürə bilməz.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA