sedanews.az
sedanews.az

Prezident elan etdi: Qarabağda müharibə...

30-05-2019, 11:42 443 dəfə baxılıb

Prezident elan etdi: Qarabağda müharibə... 

           

Cənab Prezidentimiz Respublika Gününə həsr olunmuş möhtəşəm tədbirdə çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm öz prinsipial mövqeyini, həm də bütövlükdə Azərbaycan xalqının, dövlətinin mövqeyini bir daha ictimaiyyətin diqqətinə çatdırdı.
Bu sözləri açıqlamasında millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərini şərh edərkən deyib. O, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını bildirib:
“Prezidentin bir daha vurğuladığı mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Əlbəttə, Prezidentimiz vurğuladı ki, müharibə başa çatmayıb və biz hazırda müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Bunun üçün, əlbəttə, ölkə başçısı diplomatik səylərlə, danışıqlar yolu və bütün digər cəhdlərlə yanaşı, Ordumuzun da qüvvətlənməsinə xüsusi diqqət ayırır. Çünki Ordumuz bütövlükdə xalqımızın qarantıdır. Nə qədər ki müharibə şəraitində yaşayırıq, Ordumuz daim döyüş vəziyyətində olmalıdır. Prezidentimiz də sözügedən tədbirdə ordu hazırlığının əhəmiyyətini bir daha diqqətə çatdırdı”.
Millət vəkili Ordumuzun müasir silahlarla təchiz edilməsindən əlavə hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan da danışıb:
“Ordumuz hazırda dünyanın 50 ən qüvvətli ordusu sırasındadır. Bu da dövlət siyasətimizin tərkib hissəsidir. Torpaqlarımızın işğaldan azad olunması, eləcə də gələcəkdə bu kimi halların baş verməməsi üçün Ordumuza böyük diqqət və qayğı göstərilir. Son illərdə hərbi hissələrimizin 80 faizi, Prezidentin qeyd etdiyi kimi, tamamilə yenidən qurulub. Bu gün Ordumuz çox müasir silahlarla təchiz olunub. Həm əsgərlərə, həm zabitlərə - bütövlükdə Ordunun özünə dövlət diqqəti var. Zabitlərimizin, hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Hərbi hissələrimizdə əsgərlərimizin ən yüksək səviyyədə təmin olunurlar. Bu da öz növbəsində Ordumuzda ruh yüksəkliyini daha da artırır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA