sedanews.az
sedanews.az

"Xocalıdan gətirilmiş bəzi kişi meyitlərinin...”

30-05-2019, 14:08 892 dəfə baxılıb

"Xocalıdan gətirilmiş bəzi kişi meyitlərinin...”



“Qarabağ savaşında bir sıra məşhur döyüşçülərimizi arxadan vuran dilimizi təmiz bilən erməni təxribatçılar olub...”
“Ermənistan Qarabağ savaşının ilk illərində Azərbaycan dilində təmiz bilən ermənilərdən ibarət təxribat qruplarını ordumuzun içərisinə yerləşdirmişdi...”
Bunu Moderator.az-a açıqlamasında ermənilərin müxtəlif tədbirlər adı altında Azərbaycana gəlib-getməsinin təhlükəliliyindən bəhs edən politoloq, Xocalı soyqırımı və Kəlbəcərin işğalıyla bağlı deputat-istintaq komissiyalarının üzvü olmuş keçmiş deputat Cümşüd Nuriyev söyləyib.
“Qarabağdakı hərbi əməliyyatlar zamanı deyirdilər, filan məşhur döyüşçünü arxadan vurdular, filan alayda, batalyonda panika yarandı. Bunları bəzilərinin qəsdən və ya bilməzlikdən söylədiyi kimi, özümüzünkülər etmirdi. Bunları o zaman dövlətimizin, ordumuzun yenicə yarandığı illərdə qarışıqlıqdan, xaosdan, özbaşınalıqdan yararlanaraq içimizə, o cümlədən hərbi birləşmələrimizə yerləşdirilmiş erməni təxribatçıları edirdi. Aramızda Ermənistanda uzun müddət hazırlanmış, Azərbaycan dilində təmiz danışan peşəkar, terrorçu erməni təxribatçı qrupları var idi... 
Sizə heç yerdə demədiyim bir faktı açıqlayım. Xocalı faciəsindən sonra Ağdam məscidində biz meyitlərə baxış keçirəndə məlum oldu ki, bəzi kişi meyitlərinin sünnəti yoxdur. Onlar, sözsüz ki, öncədən Xocalı şəhərinə yerləşdirilmiş erməni təxribatçılarıydı. Döyüşlər zamanı təsadüfən öz güllələrinə tuş gəlmişdilər. Biz o vaxt bu faktı gizlətdik, açıb-ağartmadıq ki, camaat arasına panika düşməsin. Hələ çox şeylər də var ki, onların açılması zamanı gəlməyib... Amma bu gün də Bakıya gəlib-gedən ermənilərin kimliyi ilə ciddi maraqlanmalıyıq.  Onlar hər an hansısa məkanda təxribat, terror törədə bilər...”-deyə C.Nuriyev vurğulayıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA