sedanews.az
sedanews.az

Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - YENİLƏNİB

22-10-2018, 15:03 1 225 dəfə baxılıb

Əmisi oğlunun arvadını qaçıran gənci döyərək öldürdülər - Qız ərinə zəng edib ki... - YENİLƏNİB


Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.
Milli.Az-ın criminal.az-a istinadən məlumatına görə, 26 yaşlı Elşad Əsədov əmisi oğlunun 25 yaşlı həyat yoldaşı Aynur Əsədovanı qaçırıb. 
A.Əsədova evdən qohumugilə getmək adı ilə çıxıb və E.Əsədovla görüb avtovağzala gəliblər. Taksi ilə Bakıya gələrək Bakılxanov qəsəbəsində kirayə ev tutub birlikdə yaşayıblar. Qadın daha sonra ərinə zəng edərək sevdiyinə qovuşduğunu və onunla xaricə gedəcəyini bildirib. Onların Bakıdakı yerini müəyyən etmək üçün Elşadı izləyiblər.
Evin yerini biləndən sonra qohumları gəlib onları Qubaya aparıblar. Qadın qohumlarına bildirib ki, Elşadı sevir və onunla xoşbəxtdir.
Daha sonra Elşadı qızın atasının yanına aparıblar. Orada Elşadı xeyli sayda adam yerə yıxaraq döyüb. O, aldığı zərbələrdən ölüb.
Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov polislər tərəfindən saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA