sedanews.az
sedanews.az

Tehran, Ankara və Tiflis erməni oyunundan imtina etdi

28-06-2019, 12:21 907 dəfə baxılıb

Tehran, Ankara və Tiflis erməni oyunundan imtina etdi



                İran, Türkiyə və Gürcüstan Azərbaycanın işğal altında olan Qarabağ ərazisində keçirilən panerməni oyunlarına nümayəndə heyəti göndərməkdən imtina edib.
Bu məlumatı “Jamanak” qəzeti yayıb.
“İran nümayəndə heyəti də panerməni oyunlarında iştirak etməyəcək. Məsələ odur ki, oyunlar Qarabağda baş tutacaq və İran hakimiyyəti bunun üçün Azərbaycanla münasibətləri pozmaq istəmir. Hazırda bəllidir ki, Gürcüstan və Türkiyədən olan erməni nümayəndə heyətləri də oyunlarda iştirakdan imtina ediblər”, – deyə qəzet bildirib.
Qəzet həmçinin bu ölkələrdəki erməni icmalarının Ermənistan hökumətinə müraciət edərək, onların bu tədbirlərdə nümayəndələrinin iştirakının təmin olunmasını xahiş etdiklərini vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA