sedanews.az
sedanews.az

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?

23-10-2018, 12:38 1 424 dəfə baxılıb

Bank kartlarımızın təhlükəsizliyini necə qoruyaq?


Bank ödənişləri və köçürmələrində rahatlığı təmin edən plastik kartlar bəzən vətəndaşlarda əlavə problemə yol açır. Misal üçün kartını itirdikdə və ya oğurlandıqda onun hesabından vəsaitlər mənimsənilir.
Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Kartı itən şəxs ilk növbədə müştərisi olduğu banka məlumat verməlidir ki, onun hesabı dondurulusun. Bundan sonra isə digər prosedur qaydalarını etməlidir.
Anar İsmayılzadə - İT mütəxəssis: "Kartı "aplikeşın" və ya online bankomat sistemindən deaktiv edə bilmirsə, o zaman digər kartı varsa "cash" xidməti ilə bütün qalıq pullarını digər karta köçürə bilər".
Bu kimi halların qarşısını almaq üçün ən optimal variantlardan biri də 3d mühafizədir. Bu tətbiq vasitəsi ilə nağdsız ödənişlərinizi sms sorğu və təsdiq vasitəsi ilə edə bilərsiz. Yəni sizin kartınız itsə belə, ondan kimsə istifadə edə bilməyəcək.
Anar İsmayılzadə - İT mütəxəssis: "Bank işçiləri müştərilərə təhlükəsizliyi daha ətraflı öyrətməlidir".
Ekspertlər deyir ki, onlayn ödənişlərin hara və necə sərf olunmasını müəyyən etmək çətin bir iş deyil. Şikayət olduqda araşdırılan zaman bu hərəkətlərə yol şəxsi tapmaq mümkündür. 
Şəmsəddin Hacıyev - Sabiq Polis rəisi: "Bu işlərin istintaqı ilə məşğul olan hüquqşünaslara xüsusi təlim keçmək lazımdır. Onların sertifikatı olmalıdır. Hər müstəntiq bunu apara bilməz".
Teymur Baloğlanov - Ekspert: "Pul oğurlayanların şəxsiyyətini müəyyənləşdirmək çox asandır. Çüki bütün bankomat kartları onu verən bank vasitəsi və informasiya sistemində öz əksini tapmaqla xərclənir".
Plastik kartların təhülkəsizliyi üçün vasitələr çox olsa da, bundan da vacib insanların özünün diqqətli olmasıdır...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA