sedanews.az
sedanews.az

Ərdoğandan ABŞ-a: Sən malımızı niyə vermirsən?

4-07-2019, 16:59 904 dəfə baxılıb

Ərdoğandan ABŞ-a: Sən malımızı niyə vermirsən?



                Sən müştərinin malını niyə vermirsən? Bunun adı qəsb etməkdir.
Sedanews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın F-35 təyyarələrini sözügedən ölkəyə satmaq istəməməsinə münasibət bildirərkən deyib.
"Siz bir müştəri axtarırsınızsa və o müştəri ödənişləri edibsə, sən onun malını necə verə bilməzsən? Bunun adı qəsb etməkdir. Biz bu günə qədər 1,4 milyard dollar ödəniş etmişik", - Ərdoğan söyləyib.
Qeyd edək ki, Türkiyə Rusiya ilə S-400 raket əleyhinə müdafiə sistemlərinin alınması ilə bağlı saziş imzaladıqdan sonra ABŞ F-35 təyyarələrinin Türkiyəyə təhvil verilməsini yubadır. Hətta Vaşinqton ABŞ-da F-35 proqramında iştirak edən türk pilotların Türkiyəyə geri göndərilməsi barədə qərar verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA