sedanews.az
sedanews.az

Azərbaycandakı teraktı kim sifariş etmişdi? - Sensasiya

4-07-2019, 17:10 779 dəfə baxılıb

Azərbaycandakı teraktı kim sifariş etmişdi? - Sensasiya




                Düz 1 il əvvəl Azərbaycan dövləti və xalqı növbəti terrorla üzləşdi. Şübhəsiz ki, bu, Azərbaycanın müstəqilliyinə qarşı həyata keçirilən növbəti çirkin bir akt idi.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov ötən il Gəncədə baş verən terror aktına münasibət bildirərkən deyib. O qeyd edib ki, dövlətimizə qarşı həyata keçirilən bu çirkin terror aktının yerinin Gəncə seçilməsini təsadüfi saymaq olmaz:
“Keçən il, Gəncə hadisələrindən bir ay əvvəl 2018-ci il mayın 28-də ABŞ-ın nüfuzlu “Forin Polisi” nəşrində müəllifləri Luke Koffey və Əfqan Nifti olan “Azərbaycan Qərbə niyə lazımdır?” başlıqlı məqalə diqqətimi cəlb etmişdi. Tanınmış nəşr sanki baş verəcək təxribatlar haqda xəbərdarlıq edirdi. Həmin məqalədə Asiyanın həyati əhəmiyyətli enerji resurslarının İran və Rusiyadan keçməməsi üçün təkcə bir yolun olduğuna xüsusilə toxunulurdu! Sözügedən yol Gəncə keçididir. Avropa ilə Asiya arasında ticarət və enerji xətlərinin cəmi 3 ölkə - İran, Rusiya və Azərbaycan vasitəsilə keçildiyini nəzərə alsaq, Gəncə və ətrafının Qərb üçün necə strateji əhəmiyyət daşıdığını anlamaq olar. Həmçinin, məqalədə qeyd edilir ki, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsinin işğal etməsi nəticəsində Azərbaycandan keçən nəqliyyat dəhlizi bir qədər daralmışdır. Eyni zamanda, Gəncə qapısının cəbhə bölgəsinə yaxın yerləşməsi xüsusilə qeyd edilirdi. Qeyd olunurdu ki, Gəncə yolunun strateji əhəmiyyəti onun həm Xəzər hövzəsinin enerji resurslarının müxtəlif xətlər vasitəsi ilə Avropaya daşınmasında, həm də nəqliyyat dəhlizi üzərində yerləşməsindədir. Avropa ilə Asiyanı birləşdirəcək yeganə avtoyol məhz Gəncə keçidi vasitəsilədir".
Politoloqun sözlərinə görə, Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən qüvvələr üzərimizə şığımaq üçün əlverişli məqam gözləyir:
“Göründüyü kimi, yazıda açıq-aşkar şəkildə Gəncə ətrafında baş verə biləcək təxribatlar istisna edilmirdi və cəmi 1 ay sonra biz Gəncə şəhərində çirkin olayların şahidi olduq. Bunun təsadüf olub-olmamasını deyə bilmərəm, lakin bildiyim odur ki, tarixin ayrı-ayrı dövrlərində olduğu kimi, indi də Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən, dövlətimizi zəiflətmək istəyən qüvvələr istər xaricdə, istərsə də daxildə kifayət qədərdir. Bu qruplar müxtəlif ölkələrdən idarə olunaraq üzərimizə şığımaq üçün əlverişli məqam gözləyir”.
Politoloq Gəncə hadisələrinin ildönümü ilə bağlı müxtəlif radikal qüvvələrin sosial şəbəkələrdə aktivləşdiyini bildirib:
“Gəncə hadisələrinin ildönümü ilə əlaqədar müxtəlif radikal klerikal dairələr tərəfindən idarə olunan saytlarda və sosial şəbəkələrdə yenidən fəallaşma müşahidə edilməkdədir. Həmin səhifə və saytlarda Azərbaycan dövləti açıq-aşkar məzhəb savaşı ilə təhdid edilir, ölkədə əsrlərlə formalaşmış millətlərarası və dinlərarası dostluq mühiti şübhə altına alınır”.
Qeyd edək ki, bu gün Gəncədə baş verən terror aktından bir il ötür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA