sedanews.az
sedanews.az

İranda aqressiya artır: polislərə başqa dil qadağan edildi

11-07-2019, 14:26 913 dəfə baxılıb

İranda aqressiya artır: polislərə başqa dil qadağan edildi

                Tehran Polis İdarəsi bütün bölmələrə tapşırıq verərək, onlardan vətəndaşlarla yalnız fars dilində danışmağı tələb edib.
Axar az-ın məlumatına görə, bu barədə “Xidmət zamanı yerli olmayan vətəndaşlarla ünsiyyətdə fars dilindən istifadə etmək” adlı təlimat verilib. Təlimatın “Məxfi” qrifi ilə işarələndiyi bildirilir.
Tehran Polis İdarəsinin Yoxlama və Önləyici Tədbirlər bölməsinin rəisi Məhəmməd Şərqi tərəfindən imzalanan tapşırıq bütün aidiyyəti bölmələrə göndərilib.
“Tehran Polis İdarəsinin tabeliyində olan bütün bölmələrə elan olunur ki, yerli olmayan şəxslərlə rastlaşdığınız zaman İran Konstitusiyasına uyğun olaraq ölkənin rəsmi dilində (fars dili) danışın. Mümkün səhv anlaşılma və polis əməkdaşlarının söyüş və təhqirə yol verməsi ilə bağlı yanlış şübhələri aradan qaldırmaq üçün yerli ləhcələr və qeyri-fars dilində danışılmasın”, - deyə tapşırıqda bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA