sedanews.az
sedanews.az

İşğalçı ölkə Göyçə problemindən yararlanaraq xaricdən pul dilənməyə çalışır...

18-07-2019, 11:46 742 dəfə baxılıb

İşğalçı ölkə Göyçə problemindən yararlanaraq  xaricdən pul dilənməyə çalışır...



 

“Göyçə gölü(işğalçı ermənilər “Sevan” deyir-S.L.) problemindən istifadə edən Ermənistan hakimiyyəti xaricdən pul  vəsaiti cəlb etməyə çalışır”.

Bunu işğalçı ölkənin "Jamanak" qəzeti yazır. 
"Göyçə gölünün problemini hakimiyyət orqanlarının səhlənkarlığı - nəzarət olunmayan kanalizasiya axınları,  gölün sahillərinin təmizlənməməsi, kütləvi balıq və xərçəng ovlanılması,  süni yetişdirilən balıqlar sayəsində suda fosfor və azot səviyyəsinin artması ilə deyil, birbaşa qlobal ekoloji fəlakət - iqlim dəyişikliyinin nəticəsi olaraq təqdim etməyə cəhd olunur.  Nyu-Yorkda baş nazirin müavini Tiqran Avinyan tərəfindən "Sevanı itirə bilərik” bəyanatının verilməsi də məhz bu məqamla bağlıdır. Yəni, sadəcə, demək istəyirlər ki, pul verin, Göyçəni xilas edək "- erməni qəzeti belə yazır. 
ISTINAD






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA