sedanews.az
sedanews.az

“Azərbaycanı dünya birliyində qorumaq üçün vətənpərvərlik hisslərimiz çox güclü olmalıdır...”

18-07-2019, 11:49 719 dəfə baxılıb

“Azərbaycanı dünya birliyində qorumaq üçün vətənpərvərlik hisslərimiz çox güclü olmalıdır...”



 birləşdirən vətəndir, vətəndaşlıqdır, vətənpərvərlikdir, dildir, torpaqdır, coğrafiyadır və təbii ki, bunların da başında yönəldici dövlətdir”

Bunu Moderator.az-a açıqlamasında şair Əjdər Ol efirlərimizdə vətənpərvərlik verilişlərinin olması haqda danışarkən deyib. Ə.Ol deyib ki, insan vətənini təmsil etməyəndə faydasız olur:
“Vətənpərvərlik verilişlərimizin efirlərimizdə günbəgün artması çox vacibdir. Ümumiyyətlə, dünyada vətənpərvərlikdən dəyərli, qiymətli heç nə yoxdur. Çünki sən öz vətəninə sevgini vətəndaşlıqla bildirə bilirsən. Yəni sən əsl vətəndaşsansa, vətənin nə olduğunu dərk edirsənsə, bu insan xarakterində ən vacib şeydir. Bizi birləşdirən vətəndir, vətəndaşlıqdır, vətənpərvərlikdir, dildir, torpaqdır, coğrafiyadır və təbii ki, bunların başında yönəldici dövlətdir. Bu mənada bizim ayağımızın altı vətəndə möhkəmdir. Biz xaricə gedəndə orda yad bir adama çevrilirik. Hər bir insanın arxasında bir təşkilat, bir qurum, bir dövlət durmalıdır. Biz öz dövlətimizlə güclüyük, dövlətsiz, təşkilatsız olanda, yəni haranısa təmsil etməyəndə çox zəif, gücsüz və faydasız oluruq. Ona görə də bizim kimi ölkələr üçün vətənpərvərlik hissini gənclərdə aşılamaq çox vacib bir məsələdir. Biz böyük dövlətlərin vətəndaşları kimi çox da bərkiməmişik. Azərbaycanı dünya birliyində qorumaq üçün vətənpərvərlik hisslərimiz çox güclü olmalıdır. Biz ancaq vətənpərvərliyimizlə kimliyimizi, özgürlüyümüzü saxlayarıq necə ki, min illərdən Azərbaycan keçib gəlib və bu da vətənpərvərliyin hesabına olub. Hər halda dədələrimiz-babalarımız bu torpağa bağlı olub ki, buranı saxlaya biliblər”. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA