sedanews.az
sedanews.az

Rusiyadakı ordu oyunlarında erməni təxribatı - Foto

7-08-2019, 15:19 793 dəfə baxılıb

Rusiyadakı ordu oyunlarında erməni təxribatı - Foto

                Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Ermənistanın Azərbaycana qarşı təxribatının qarşısı alınıb.
APA-nın verdiyi məlumata görə, Moskva vilayətinin Kubinka rayonunda yerləşən “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində nümayiş olunan stenddə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını öz ərazisi kimi təqdim edib.
Stenddə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları Ermənistan ərazisi kimi nümayiş olunan xəritə asılıb.
Azərbaycan tərəfinin məsələyə dərhal müdaxiləsindən sonra həmin xəritə stenddən yığışdırılıb.
Qeyd edək ki, avqustun 3-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları start götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA