sedanews.az
sedanews.az

İqbal Məmmədov sözünü dəyişdi: "Relaks”dakı dava...

20-08-2019, 12:27 760 dəfə baxılıb

İqbal Məmmədov sözünü dəyişdi: "Relaks”dakı dava...

               
Milli Məclisin deputatı İqbal Məmmədov “Relaks” İstirahət və Turizm Mərkəzində baş verən insidentlə əlaqədar KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirib.
Axar.az xəbər verir ki, deputat İ.Məmmədov “Relaks” İstirahət və Turizm Mərkəzinin təsisçisi və rəhbərinin onun qardaşı Məmmədov Çingiz Nəriman oğlu olduğunu bildirib.
“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Məzuniyyətdən qayıtdıqdan sonra bu barədə mənə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədi ilə yoxlama komissiyasına zəruri sənədlərin təqdim olunması təmin ediləcək. Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı bəzi KİV-də yayılan məlumatlar yalandır və heç bir hüquqi əsası yoxdur. Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”, - deputat deyib.
Xatırladaq ki, bundan öncə Unikal.org-a açıqlama verən deputat vergi işçiləri ilə deyil, turistlərlə insident yaşandığını bildirmiş, oğlu və 6 qohumunun saxlanılması ilə bağlı xəbəri isə təkzib etmişdi.
Qeyd edək ki, artıq İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla, 6 nəfər insidentlə bağlı həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA