sedanews.az
sedanews.az

Putinə Bakıdan şanlı məktubu kim və niyə yazmışdı?

11-09-2019, 15:28 614 dəfə baxılıb

Putinə Bakıdan şanlı məktubu kim və niyə yazmışdı?

                
İki məsələni xüsusilə qeyd etmək istəyirəm. Birincisi, əslində, hökumətin müəyyən xarici qüvvələrə qarşı radikal olması ilə bağlı məsələdir. Hesab edirəm ki, hökumət radikal ola bilər, amma xaricdən idarə olunan, bəzən də “fit müxalifəti” adlandırdığım bu şəxslərə qarşı bütün cəmiyyət dözümsüz olmalıdır. Soruşa bilərsiniz ki, əlinizdə fakt varmı? Bəli var.
Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyev bu gün Ana Vətən Partiyasının təşəbbüsü ilə “Park İnn“ otelində “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında deyib. O bildirib ki, prezident seçkilərində Rüstəm İbrahimbəyov Azərbaycana gəldi, iki il öncə ziyalıların dəyirmi masasını yaratdı, hamı bildi ki, hansı məqsədlə göndərilib, məqsədi nədir:
“Hamı toplaşdı onun başına və Putinə bir şanlı məktub da yazdılar. Məktubda onun böyük demokrat olduğunu da vurğuladılar və dəstək istədilər. Ancaq sonda nə oldu? Bir adam Rüstəm İbrahimbəyovdan soruşmamışdı ki, sənin Azərbaycan Respublikası vətəndaşlığın var, ya yox? Rüstəm İbrahimbəyov bu yaxınlarda açıqlamasında bildirib ki, Rusiya vətəndaşlığından məhrum edilmədiyi üçün çox şad olub”.
Q.Həsənquliyev daha bir misal çəkib və qeyd edib ki, bu yaxınlarda Əli Kərimlinin ABŞ-dakı ən fəal təbliğatçısı, vaxtilə AXCP-də beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuş Qorxmaz Əsgərov “Ayının əmisioğlu” adlı bir məqalə ilə çıxış edib:
“Məqalədə qeyd edir ki, biz prezident seçkilərində AXCP olaraq ona görə Etibar Məmmədovu müdafiə etdik ki, bunu bizə Milli Demokratiya İnstitutu tövsiyə etdi. Əgər bir siyasi partiyaya hansısa xarici qüvvə hansısa namizədi dəstəkləmək göstərişi verirsə, bu, birbaşa olaraq ölkənin daxili siyasətinə müdaxilədir. Biz bunlara qarşıyıq.
Qayıdaq radikallıq məsələsinə. Əli Əliyevin çıxışlarına qulaq asdım. Kifayət qədər sərt, radikal çıxışlar edir. Elə Pənah Hüseynov da. Sərdar Cəlaloğlu, elə sizin özünüzə qarşı da kifayət qədər sərt çıxışlar olur. Bəs niyə sizə qarşı o radikallıq yoxdur? Mənim məlumatıma görə, daxildən sizi hansısa qüvvələr yönəldir, bu normaldır, ancaq xaricdən sizi də yönləndirsələr, tək hökumət yox, başda mən olmaqla, bütün cəmiyyət sizə qarşı sərt mövqe sərgiləməli və dözümsüz olmalıdır.
Qaldı ki BMT-dən misal çəkdiniz, heç bir beynəlxalq sənəddə, o cümlədən sizin qeyd etdiyiniz BMT Nizamnaməsində üsyana çağırış yoxdur. Burada hökumətin qanunsuz, Konstitusiyaya zidd davranışlarına etiraz hüququndan söhbət gedir. Bu məsələyə sırf ekstremist yanaşmadır və cəmiyyətə neqativ mesajların ötürülməsidir. Pənah Hüseyn bildirdi ki, xaricdəki radikal davranış yeni bir müxalifət çıxardı ortalığa. Burdakılar xaricdəkilərlə işbirliyini açıq formada ortaya qoymaqdan qorxurlar. Amma onlar işbirliyi edirlər. Məsələn, Sevinc Osmanqızı ən sərt söyüşləri söyən birini çıxarmışdı efirə və onu az qala milli qəhrəman kimi qələmə verirdi. Bəs bu işbirliyi deyil, nədir? Bu, onların fəaliyyətinin təqdir edilməsi deyil, nədir? Bu işbirliyinin açıq şəkildə elan edilməməsi o demək deyil ki, onlar birlikdə deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA