sedanews.az
sedanews.az

Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

16-09-2019, 12:24 862 dəfə baxılıb

Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

                                                                               
            
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələri 15 sentyabr - Bilik Günü münasibətilə təbrik edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrik mətni birinci xanımın rəsmi "İnstagram" səhifəsində paylaşılıb.
"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər.
Sizi bu əziz, sevimli bayram - Bilik Günü münasibətilə təbrik edirəm.
Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Əziz dostlar, Bilik Gününüz mübarək!", - deyə təbrikdə bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA