Əliyevin çıxışından sonra Rusiyada iş başladı
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb.Axar.az APA-ya istinadən xəbər verir ki, petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q.Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib.
Bildirilib ki, Q.Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir.
Faşist Q.Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya
BURADA.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ciddi müzakirələrə səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.