SEDANEWS.AZ

Dunya xeber agentliyi

    "Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir"

    Kategori: SIYASƏT Tarix: 14-12-2018, 15:07 Bildir?

    "Avropa Parlamentinin yeni qətnaməsi Azərbaycanın maraqlarına cavab verir" 

                                                                #SİYASƏT                           
                
    Strasburqda Avropa Parlamentinin plenar sessiyasında qurumun xarici əlaqələr komitəsinin hazırladığı "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamə müzakirə edilib.
    Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Parlamentinin xarici əlaqələr komitəsinin sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin müəllifi olduğu qətnamədə Avropa İttifaqı və ona üzv olan dövlətlərin regional münaqişələrə ikili standartlarla yanaşmasını qadağan edən maddələr yer alıb. Yeni qətnamə Azərbaycanın maraqlarına tam cavab verir. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb olunur. Sənəddə digər vacib müddəa qaçqın və məcburi köçkünlərlə bağlıdır. Qətnamə Şərq Tərəfdaşlığı regionundakı münaqişələr zamanı yurd-yuvasından didərgin düşmüş insanlara Avropa İttifaqı tərəfindən yardım edilməsini nəzərdə tutur.
    Xarici fəaliyyət və təhlükəsizlik siyasətinə dair yekun qətnamənin müzakirəsi zamanı erməni lobbisinin təsiri altında olan bəzi deputatların cəhdləri nəticəsiz qalıb. Onlar qətnaməyə xalqların öz müqəddəratını təyin etməsi ilə bağlı maddənin daxil edilməsini təklif etsələr də, bu təklif böyük səs çoxluğu ilə rədd edilib. Qeyd edək ki, sözügedən yekun qətnamə Avropa İttifaqının xarici siyasət istiqamətlərini müəyyən edən əsas sənəddir.
    Erməni lobbisinin maraqlarına xidmət edən bəzi avropalı deputatların cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.
    Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, sənəddə bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədləri tanınır. Bu hesabatda vurğulanır ki, Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Qətnamənin qəbul edilməsi Avropada Azərbaycanın haqq səsinin artıq eşidilməsindən xəbər verir. Bu isə Azərbaycan Prezidentinin uzaqgörən, qətiyyətli və müdrik siyasətinin bəhrəsidir.
    Avropa parlamentinin üzvü Andrejs Mamikinis AZƏRTAC-a bildirib ki, bu sənəd çox vacibdir, Avropa İttifaqının doktrinasıdır. Sənəddə münaqişə zonalarına eyni platformadan yanaşma nəzərdə tutulub. Əvvəllər Gürcüstan, Moldova, Ukrayna kimi ölkələrdəki münaqişələrə eyni yanaşma sərgilənirdi, Azərbaycanla bağlı isə fərqli münasibət mövcud idi. Bu gün qəbul etdiyimiz yekun qətnamə bu cür ikili standartlara son qoyur. İnanıram ki, artıq Avropa Parlamentinin üzvləri Azərbaycanın region üçün daşıdığı əhəmiyyəti dərk edirlər.
    "Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlər Avropa İttifaqı üçün prioritet məsələdir. Bu ölkələrə yanaşmada obyektiv olmalıyıq. Ölkələrə görə onların problemlərinə fərqli münasibət göstərmək məqsədəuyğun deyil. Yekun qətnamə bu çatışmazlığı aradan qaldırır. Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünə hörmət ifadə edilir. Fikrimcə, bu sənəd ikili standartlardan çıxış edən yanaşmalara son qoyacaq", - Avropa Parlamentinin üzvü Səyyad Kərim bildirib.

    “Qarabağ”ın oyunundakı erməni təxribatı ilə bağlı YENİ TƏFƏRRÜATLAR

                      <img src="https://imgs.su/upload/181/2206638517.jpg">...

    ABŞ-ın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü

    ABŞ-ın Monterey şəhəri Azərbaycan bayraqlarına büründü...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron Paşinyanı necə pərt elədi...

    Ermənilərin Frankofoniya fiaskosu - Makron   Paşinyanı necə pərt elədi......

    Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub" #SİYASƏT

    Politoloq: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə ciddi inkişaf və irəliləyişə nail olunub"...

    Yorum ekle
    Lütfen düşüncelerinizi özgünce ifade etmeye çalışın

    Kodu girin:
    Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız


Sitemizi değerlendirin

image
image
image
image
Web Designer

Saytin butun huquqlari qorunur. Aslan Kazimov 2018
Taglar


«    Ocak 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Aslan Kazimov aslan.m58@hotmail.com,Facebook Hesabim-Facebook - Instagram - ASLAXNN