sedanews.az
sedanews.az

İpoteka ödənişləri də ASAN-laşdı

25-11-2019, 14:19 717 dəfə baxılıb

İpoteka ödənişləri də ASAN-laşdı




                Bu gündən etibarən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə annuitet, sığorta və ipoteka kreditlərinə verilmiş zəmanət haqlarının ödənişlərinin Hökumət Ödəniş Portalı (www.gpp.az) ilə yanaşı, ASAN Ödəniş sistemi vasitəsi ilə aparılması imkanı yaradılıb.
İpoteka və Kredit Zəmanəti Fondundan Axar.az-a verilən məlumata görə, sistemin tətbiqi ödənişlərin real vaxt rejimində www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi  ilə yanaşı, bu sistemə inteqrasiya edilmiş qabaqcıl ödəniş portalları  və 10 mindən artıq ödəniş terminalları vasitəsilə həyata keçirilməsinə şərait yaradacaq.
Qeyd edək ki, fond ölkədə ipoteka kreditləşməsi mexanizminin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi və ipoteka kreditlərindən faydalanan şəxslərə xidmət səviyyəsinin yüksəldilməsi, informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması məqsədilə ardıcıl olaraq müvafiq tədbirlər həyata keçirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA