İlham Əliyev yeni rektor təyin etdi - 3 sərəncam
Azərbaycan Respublikası Prezidenti Elbrus İsayevin Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir:
“Elbrus Saleh oğlu İsayev Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilsin”.
Prezidentin digər sərəncamı ilə Elbrus İsayev Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Saleh Məhərrəmovun Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:
“Saleh Heydər oğlu Məhərrəmov Naxçıvan Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.