sedanews.az
sedanews.az

“O uşaqları ziyarət etmək istəyirəm...” - Deputat işgəncə verilən azyaşlılara baş çəkəcək...

10-12-2019, 15:21 689 dəfə baxılıb

“O uşaqları ziyarət etmək istəyirəm...” - Deputat işgəncə verilən azyaşlılara baş çəkəcək...


 

İki gün öncə Bakının Sabunçu rayonunda ata və ögey ananın iki azyaşlı uşağa işgəncə verməsi ölkə mediasında müzakirələrə səbəb olub. Hüseyn və Qulu adlı uşaqlar artıq hüquq-mühafizə orqanları tərəfindən ana və babasının himayəsinə verilib və hadisəylə bağlı istintaq davam edir. 
Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva baş verən hadisədən çox sarsıldığını və bir neçə gün sonra həmin uşaqlara baş çəkəcəyini bildirib:
“Sözün əsl mənasında bu çox ürəkağrıdıcı hadisədir. Bu nə insanlığa, nə də valideyn adına yaraşır. Biz dünən bununla maraqlandıq və öyrəndik ki, Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu bu işi nəzarətə götürüb. Təbii ki, hələ istintaq davam edir və qanun öz sözünü deyəcək. Düşünürəm ki, bəlkə informasiya yalandır, çünki insan inana bilmir ki, bir ata və ya ana azyaşlıya qarşı bu cür zorakılığı tətbiq edə bilərmi? Təbii ki, həqiqətən belə bir şey varsa və hadisə təsdiqini taparsa, düşünürəm ki, onlar ən ağır cəzaya layiq görülməlidirlər. Onların məhkəmə qarşısında cavab verməsinin tərəfdarıyıq. Şəxsən özüm bu işlə maraqlanmışam və uşaqlar səhv etmirəmsə, baba və nənələrinin yanındadılar. İki gündür ki, bu iş məni həddindən artıq narahat edir və o uşaqları ziyarət etmək istəyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA