sedanews.az
sedanews.az

“Jurnalistlərimizin parlamentdə təmsil olunmaq istəyini normal hesab edirəm”

13-12-2019, 14:35 47 dəfə baxılıb

“Jurnalistlərimizin parlamentdə təmsil olunmaq istəyini normal hesab edirəm”




Elçin Şıxlı: “Onlar cəmiyyətimizin ən fəal nümayəndələrindəndir”
 Növbədənkənar parlament seçkilərinə namizəd olaraq qatılmaq istəyən media təmsilçilərinin sayı sürətlə artmaqdadır. Bəs mətbuat nümayəndələrinin parlamentdə təmsilçiliyə olan bu marağı nə dərəcədə normal və anlaşılandır?
Moderator.az-a açıqlama verən media eksperti Elçin Şıxlı jurnalistlərin parlamentdə təmsil olunmaq istəklərini təbii qarşıladığını vurğuladı:
“Jurnalistlərin bu marağını təbii qiymətləndirirəm. Istənilən vətəndaş kimi jurnalistlər də parlamentdə təmsil olunmağa səy göstərə bilər. Parlamentdə təmsil olunmaq istəyən jurnalistlərin sayının çox olması hələ o demək deyil ki, onların hamısı keçəcək.
Burada qeyri-adi heç nə görmürəm. Jurnalistlər bizim cəmiyyətin ən fəal təbəqələrindən biridir. Ona görə də onların parlament seçkilərinə göstərdiyi bu marağı normal hesab edirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA