sedanews.az
sedanews.az

Uşaqlara təklif edilən qəribə adlar: İşbilir, Qətl, Köntoy...

3-06-2019, 15:45 869 dəfə baxılıb

Uşaqlara təklif edilən qəribə adlar: İşbilir, Qətl, Köntoy...



                May ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 70 müraciətə baxılıb.
Bunu açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.
Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 42 adın qoyulması tövsiyə edilməyib və cavab müsbət olmayıb.
Eyni zamanda valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb: “Valideynlər tərəfindən övladlarına İşbilir, Xunkar, Lili, Xublar, Çaymaz, Ahilə, Cicəbacı, Fəqir, Aylar, Cəzb, Aliza, İttifaq, Əhdiyyə, Bəkapa, Aykul, Zeyna, Uruzar, Köntoy, Kələş, Qızılquş, Qəsidə, Qətl adlarının qoyulması qadağan edilib. Valideynlər bu adlarla öz uşaqlarına fərqli bir ad seçdiklərini düşünürlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA