sedanews.az
sedanews.az

Nazirlər Kabinetinə müraciət: Dərslərin iki həftə uzanması…

12-06-2019, 16:29 875 dəfə baxılıb

Nazirlər Kabinetinə müraciət: Dərslərin iki həftə uzanması…



                Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15-də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir. İki həftə itirilmiş həftədir.
Sedanews.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev artıq bir neçə ildir orta və ali məktəblərdə dərslərin 15 sentyabrda başlayıb, 15 iyun tarixində bitməsinin yaratdığı narahatlıqdan danışarkən deyib.
E.Əliyev bildirib ki, 1 sentyabra qayıtmalıyıq:
“Dünyanın əksər ölkələrində 1 sentyabr "Bilik günü"nə assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib.
Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü"nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi”.
Təhsil Eksperti Kamran Əsədov isə bildirib ki, 15 iyun tarixinə kimi dərslərin davam etməsi həm valideynlər, həm müəllimlər, həm də şagirdlərin narazılığına səbəb olduğu üçün bununla bağlı Nazirlət Kabinetinə müraciət ünvanlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA