sedanews.az
sedanews.az

Aqrar ixtisasları seçənlərə şad xəbər - Təqaüd 350 manat oldu

9-07-2019, 16:57 784 dəfə baxılıb

Aqrar ixtisasları seçənlərə şad xəbər - Təqaüd 350 manat oldu



2019/2020 tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı yönümlü ixtisasları seçən abituriyentlərə əlavə təqaüdlər veriləcək.
Oxu.Az-ın məlumatına görə, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
O qeyd edib ki, qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 100 manat, 500 və daha çox bal toplayanlara isə 200 manat əlavə təqaüd veriləcək:
“Eyni zamanda, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 70 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 100 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur”.
V.Hüseynov deyib ki, ölkədə aqrar sahənin mütəxəssislərinə ehtiyac çoxdur:
“Əmək bazarında mövcud tələbləri dəyərləndirən abituriyentlər aqronomluq, baytarlıq və digər kənd təsərrüfatı yönümlü ixtisasları seçərək gələcək karyera həyatını indidən təmin etmiş olurlar.
Qəbul imtahanlarında 500 və daha yüksək bal toplamış abituriyent ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçərsə, ayda təxminən 350 manata yaxın təqaüd almış olur. Həmçinin universitetin dörd ulduz təsnifatına uyğun, hər cür şəraitə malik yataqxanasında qalacaq, ayda 350 manata yaxın təqaüd alacaq tələbə həm yüksək ali təhsil almış olur, həm ailə büdcəsinə qənaət edir, həm də əmək bazarında böyük tələbat olan, yüksək maaşlı işlə təmin olunmağa zəmanət verən ixtisasa yiyələnir”.
Nazirlik rəsmisi bildirib ki, ADAU-nun kənd təsərrüfatı ixtisaslarını seçmiş tələbələr təhsil dövründə digər stimullaşdırıcı imkanlardan, mübadilə proqramlarından yararlanmaq imkanına sahibdirlər.
İlhamə Əbülfət






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA