sedanews.az
sedanews.az

“Azərsu”dan bakılılara şad xəbər: Bu il başlayır

10-07-2019, 15:54 840 dəfə baxılıb

                                                            
             

“Azərsu”dan bakılılara şad xəbər: Bu il başlayır



           
Azərsu ASC Bakı şəhəri və ətraf ərazilərdə subasma hallarının qarşısının almaq üçün yağış-kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihə həyata keçirməyi planlaşdırır.
Bu barədə “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllı Heydər Əliyevin içməli su sektorunda şah əsəri olan Kür Sutəmizləyici Qurğular Kompleksinə təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Bakıətrafı qəsəbələrdə kanalizasiya sistemləri demək olar ki, yoxdur:
“Mövcud olan kanalzasiya xətlərini ya vətəndaşlar, ya da bələdiyyələr çəkib. Bakıətrafı qəsəbələrə kanalizasiya xətlərinin çəkilməsi ilə bağlı layihələrimiz var. Bu istiqamətdə təkliflər hazırlanır. Yeni layihənin bu il reallaşdırılması nəzərdə tutulur”.
Layihələrlə bağlı danışan Anar Cəbrayıllı daha sonra bildirib ki, Şirvan-Muğan su kəmərindən Neftçalaya suyun verilməsi planlaşdırılır:
“Layihədə 40 km-ə yaxın magistral su kəməri xəttinin çəkilməsi nəzərdə tutulur. Layihə yekunlaşdırıldıqdan sonra Neftçala sakinləri bu sudan istifadə edəcək.
Layihə təsdiqlənib, işlərə başlanılsa, növbəti ilə Neftçala sakinləri sudan istifadə edəcəklər. Bu gün isə Neftçala sakinləri Kür çayının qismən təmizlənmiş suyundan istifadə edir”.
İstinad






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA