sedanews.az
sedanews.az

Prezidentdən Kamal Abdulla ilə bağlı - Sərəncam

11-07-2019, 14:56 1 070 dəfə baxılıb

Prezidentdən Kamal Abdulla ilə bağlı - Sərəncam



                Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.
Kult.az xəbər verir ki, yubiley medalı bu gün Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən xalq yazıçısı Kamal Abdullaya təqdim olunub. ADU rektoru medalın ona təqdim olunmasını rəhbərlik etdiyi universitetin kollektivinə verilən qiymət, göstərilən böyük etimad kimi dəyərləndirib:
“Azərbaycan Xalq Cümhuriyyətinin adını daşıyan medala layiq görülməyim təkcə mənə yox, eyni zamanda Azərbaycan Dillər Universitetinin kollektivinə göstərilən yüksək dəyər və qiymətin bariz nümunəsidir. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” medalına layiq görülmək böyük şərəfdir. Buna görə cənab Prezidentimiz İlham Əliyevə öz adımdan və kollektivimiz adından səmimi minnətdarlığımı bildirir, bu yüksək təltifə layiq görülən bütün həmkarlarımı təbrik edirəm”.
Qeyd edək ki, yubiley medalı ilə AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA