sedanews.az
sedanews.az

Dünyada hər saat 40 nəfər suda boğulur - DƏHŞƏTLİ STATİSTİKA

19-07-2019, 14:49 44 dəfə baxılıb

Dünyada hər saat 40 nəfər suda boğulur  - DƏHŞƏTLİ STATİSTİKA



 

Dünyada hər il boğlumadan ölüm halları artır.

Moderator.az Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına isitnadən xəbər verir ki, boğulma dünyada 10 bədbəxt hadisə nəticəsində ölüm hallarına görə 3-cü ən geniş yayılmış səbəbədir.
Təkcə, 2018-ci ildə su hövzələrində 382 mindən çox insan boğulub. Bu isə hər saat 40 nəfərin ölümü anlamına gəlir. Sahillərdən yaşayan kişi və uşaqlar xüsusən, boğulma təhlükəsinə daha çox məruz qalır.
Məsələnin digər qorxulu tərəfi, statistikanın heç əd bütün ölkələri əhavə etmədiyini ortaya qoyur. Xüsusən də Afrika ölkələrində boğulma halları ilə bağlı statistika ümumiyyətlə aparılmır.
Rəsmi hesabatalar Sakit okeanın Şərq hissəsində boğulma hallarının 1-4 və 5-9 yaş arası qruplarda ölümə ən çox yol açan səbəb olduğunu göstərir.
Boğulma riskinə daxil olan qrupa kişilər başçılıq edir. Kişilər qadınlardan 2 dəfə çox boğulurlar. Buna səbəb onların daha çox riski sevməsi, içkili halda dənizə girməsi və s. bağlıdır.
Dəniz sahillərində, balıqçılığın inkişaf etdiyi yerlərdə, açıq su hövzələrinin – çirkab suların, suvarma kanallarının, arx və hovuzların kənarında yaşayan azyaşlılar da risk qrupuna daxildir.
Ən təhlükəli dənizlərə gəlincə, təbii ki, siyahıda ilk növbədə Aralıq dənizinin adın çəkilməlidir. Belə ki, Afrikadan yaxşı həyat arxasınca Avriopaya axın edən qanun miqrantlar kütləvi şəkildə bu dənizdə boğulurlar. 2014-cü ildə Aralıq dənizində 5 mindən artıq qanunsuz miqrant batmışdı. 2018-ci ildə isə bu rəqəm 2275 nəfər qədər azalıb.
Cənubi-Çin dənizi, Hind dənizi, Sarı dəniz, Şimal dənizi və Qara dəniz də kütləvi boğulma hallarına görə liderlər sırasındadır. Türkiyənin rəsmi qurumları hər il 650, Rusiya 1250, Ukrayna isıə 900-ə qədər boğulma hallarını qeydə alıb. 
Xəzər dənizi, çayların, su kanallarının və göllərin kifayət qədər çox olduğu Azərbaycanda da xüsusən yaya mövsümündə boğulma halları baş verir. Rərmnsi statistikaya görə 2018-ci ildə Azərbaycanda 203 nəfər boğulma təhlükəsi ilə üzləşib, 68 nəfər isə boğulmuşdu. Boğulanların 33-ü Xəzər dənizində, 12-si çaylarda, 5-i su anbarlarında və 7-si su kanallarında batıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA