sedanews.az
sedanews.az

“Mətbuat tarixmizlə bağlı sənədli filmlərin hazırlanmasına ehtiyac var”

22-07-2019, 16:50 827 dəfə baxılıb

“Mətbuat tarixmizlə bağlı sənədli filmlərin hazırlanmasına ehtiyac var”




Arif Əliyev: “Yeni dövr mətbuat tariximizin ən zəif öyrənilən dövrüdür”
ki gündən sonra Azərbaycan milli mətbuatının yaranmasının 144-cü ildönümüdür.
Mətbuat tariximizin öyrənilməsi məqsədi ilə milli mətbuat tariximizi özündə əks etdirən sənədli filmlərin çəkilməsinə ehtiyac varmı? Bu cür filmlərin çəkilməsi mətbuat tariximizin öyrənilməsi baxımından nə dərəcədə faydalı olardı?
Moderator.az-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliynin rəhbəri, media eksperti Arif Əliyev buna çox böyük ehtiyac olduğunu qeyd etdi:
“Əlbəttə, mətbuat tariximizlə bağlı sənədli filmlərin çəkilməsi faydalı olardı. Bizim mətbuatın ən zəif öyrəınilən tarixi nə qədər qəribə olsa da, ən müasir tarixidir. Yeni Azərbaycan mətbuatının təşəkkül tapdığı dövr – 80-ci illərin sonu, 90-cı illərin əvvəlindəki bu dövr olduqca zəif öyrənilib. Bildiyim qədəri ilə bir neçə şəxs son vaxtlar bu dövrün araşdırılmasına başlayıb. İstanbul universitetində də tələbələr bu dövrlə bağlı müəyyən araşdırmalar aparıb. Lakin bizdə bu dövr zəif öyrənilən dövrdür və onun ətraflı tədqiq edilməsinə ehtiyac var.
Bəzi sənədli filmlər çəkilib. Həsən bəy Zərdabidən də film çəkilib. Bakı Mətbuat Klubu da film çəkmişdi. Bir neçə filmlər var. Ayrı-ayrı  jurnalistlərimiz haqqında da belə filmlər mövcuddur. Lakin bunların hamısı fraqment xarakteri daşıyır. Mətbuat tariximizi sistemli şəkildə öyrənmək üçün daha sanballı sənədli filmlərin çəkilməsinə ehtiyac var”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA