sedanews.az
sedanews.az

Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək

31-07-2019, 15:56 1 031 dəfə baxılıb

Sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə dəstək



 

Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli Sərəncamı sosial xidmətlər sahəsində fəaliyyət istiqamətlərinin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan verib.
Bu sahədə yeni istiqamət kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri əsasında ölkəmizin regionlarında sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək mərkəzlərinin yaradılmasına başlanılıb. Qeyd olunan mərkəzlər sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası prosesində valideynlərin aktiv iştirakına dəstək verəcək. Həmin uşaqların zəruri bacarıqlara yiyələnmələri üçün valideynlər tərəfindən hansı işlərin aparılmalı olduğu barədə onların sistemli şəkildə maarifləndirilməsinə xidmət edəcək.  
İlk mərhələdə 10 rayon və şəhərdə belə mərkəzlərin yaradılması, gələcəkdə onların sayının daha da artırılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA