sedanews.az
sedanews.az

"Uşaq bağçalarına gedən yolların üstündə heyvan kəsmək olmaz" - QURBAN HAZIRLIQLARI

7-08-2019, 16:43 805 dəfə baxılıb

                "Uşaq bağçalarına gedən yolların üstündə heyvan kəsmək olmaz" - QURBAN HAZIRLIQLARI  

         

Qurban bayramı günlərində heyvanların kəsimi və satışı adi günlərlə müqayisədə kütləvi şəkildə həyata keçirilir. Bu proses bir çox hallarda kəsim üçün nəzərdə tutulan yerlərdən kənarda da baş verir. Bu da təhlükəli xəstəliklərin qarşısının alınmasına, qanunvericiliklə müəyyən edilmiş qaydada ət və ət məhsullarının baytarlıq-sanitariya ekspertizasının aparılmasına, eyni zamanda nəqliyyatın və piyadaların rahat hərəkətinə maneələr yaradır. Bütün bunları nəzərə alaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsiminin baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılması həyata keçiriləcək. Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilərək vətəndaşların ixtiyarına verilib.
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva “Reporta”a bildirib ki, 44 stasionar məntəqə bu günədək mövcud olan və AQTA-nın tələblərinə uyğun qeydiyyatdan keçmiş məntəqələrdir:
                                                                    
“Həmin məntəqələrdə qiymətlər sahibkarla vətəndaş arasında olan tələblərə əsasən müəyyənləşir. Çadırtipli kəsim məntəqələri isə bizim tərəfimizdən təchiz edilib və Agentliyin mütəxəssislərinin metodiki tövsiyəsi əsasında hazırlanıb. Orada göstəriləcək bütün xidmətlər yerli icra strukturları tərəfindən təmin edildiyi üçün ödənişlər də onlar tərəfindən tənzimlənəcək. Agentlik yalnız nəzarət və tənzimləmə funksiyasını həyata keçirəcək. Bayram günlərində bu məntəqələrin ətrafında bizim səyyar baytarlıq labaratoriyalarımız fəaliyyət göstərəcək. Həmin labaratoriyalarda xidmətlər ödənişsiz olacaq. Şəxsi istifadəsi üçün öz həyətyanı sahəsində qurban kəsən şəxslərə heyvanı kəsməzdən əvvəl baytar müayinəsindən keçirmələri tövsiyə olunur. Qanunsuz olaraq küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı ilə məşğul olmaq isə qanunla qadağandır və bu kimi halların qarşısını almaq üçün aidiyyatı icra orqanları ilə birlikdə qanunvericilik çərçivəsində tədbirlər həyta keçiriləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA