sedanews.az
sedanews.az

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

20-08-2019, 15:49 742 dəfə baxılıb

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Vətənə dönür

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah geri qayıdır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.
Məlumata görə, 180 zəvvardan ibarət ilk qrup Vətənə qayıdacaq.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.
Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA