sedanews.az
sedanews.az

“Tədris prosesində uzunmüddətli fasilənin yaranması təhsillə bağlı yadırğalamalara səbəb olur”

2-09-2019, 13:58 842 dəfə baxılıb

“Tədris prosesində uzunmüddətli fasilənin yaranması təhsillə bağlı yadırğalamalara səbəb olur”



 

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin iclası keçirilib. İclasda ictimai-siyası vəziyyət, təşkilati məsələlər, təhsil, iqtisadiyyat və digər iqtiqamətlər üzrə müzakirələr aparılıb.
BAXCP İdarə Heyətinin iclasında dərs ilinin başlanması ilə bağlı məsələyə də toxunulub və dərs ilinin sentyabrın əvvəlindən başlanılması ilə bağlı hökumətə növbəti dəfə çağırış edilib. Bununla bağlı BAXCP İdarə Heyətinin açıqlamasında deyilir: “Tədris prosesində uzunmüddətli fasilənin yaranması şagirdlərin oxuma və öyrənmə, dərs rejiminə alışmaq kimi təhsillə bağlı olan bir çox vərdişləri yadırğalamalarına səbəb olur. Məhz bu səbəbdən dünyanın əksər ölkələrində yay tətilinin müddəti 45 gündən çox deyil. Digər tərəfdən, son illərin hava proqnozu da sentyabrın ilk günlərindən havaların sərin keçdiyini göstərir”.
BAXCP İdarə Heyətininin açıqlamasında Milli Məclisin müzakirəsinə çıxarılacaq 2020-ci ilin dövlət büdcəsi ilə bağlı təkliflər də səsləndirilib. Qeyd olunub ki, büdcədə elmə və təhsilə ayrılması nəzərdə tutulan vəsaitlər nəzərəçarpacaq səviyyədə artırılmalıdır: “Çünki cəmiyyətin mədəni və intellektual səviyyəsinin yüksəldilməsi elm və təhsilin inkişafından asılıdır”.
BAXCP İdarə Heyəti hökuməti təhsil kreditləri ilə bağlı məsələni islahatların prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlamağa çağırıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA