sedanews.az
sedanews.az

İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb

26-09-2019, 16:01 41 dəfə baxılıb

İstedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb



 

2019-2020-ci tədris ilində istedadlı uşaqlar üçün 102 xüsusi sinif yaradılıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri ilə yanaşı 47 rayon üzrə 82 məktəbdə ümumilikdə 162 xüsusi sinif fəaliyyət göstərir. 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsillərini davam etdirir.
Müvafiq siniflər üzrə il ərzində bir neçə dəfə səviyyə müəyyənləşdirmə imtahanı, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində seminar və mühazirələr təşkil ediləcək.
Bölgələrdə xüsusi siniflərin təşkil olunmasında məqsəd istedadı ilə seçilən şagirdlərin elmi potensialının inkişafı, onların müvafiq istiqamətlər üzrə daha keyfiyyətli hazırlığının təmin edilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA