Rus və türk hərbçilərin görüşündə provokasiya... - Sotnikov
Radikal qruplaşmalar Suriya sərhədinin Türkiyənin nəzarətinə keçməsini istəmir.Axar.az xəbər verir ki, bu sözləri rusiyalı siyasi ekspert Vladimir Sotnikov Türkiyə-Suriya sərhədində yaşanmış provokasiya ilə bağlı açıqlamasında deyib.
“Məncə, radikal cihadçıların, terrorçuların işidir. Oradan 350 min insan təxliyə edilmişdi. Əslində bu bölgədə qeyri-müəyyən sayda radikal döyüşçü var. Bunlar beynəlxalq terrorçular da deyil, bu bölgənin xüsusi zona olmasını istəməyənlərdir”, - deyə ekspert bildirib.
Sotnikov həmin radikalların Türkiyənin dəstəklədiyi müxaliflərdən olmadığını qeyd edib:
“Bunlar olduqca fərqli radikallardır. Bu ərazilərin Türkiyənin nəzarətində olması onların mənafeyinə uyğun deyil. Bu səbəbdən provokasiya həyata keçirirlər”.
Qeyd edək ki, Rusiya Atəşkəsi İzləmə Mərkəzi Türkiyə-Suriya sərhədində, Derbesiye sərhəd-keçid məntəqəsində rus hərbi polisinin Türkiyə tərəfi ilə görüşü əsnasında naməlum şəxslər tərəfindən uğursuz provokasiyaya cəhd edildiyi barədə məlumat yaymışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.