sedanews.az
sedanews.az

ABŞ-ın yeni strategiyası: Krıma və Uzaq Şərqə hücum

31-10-2019, 13:05 780 dəfə baxılıb

ABŞ-ın yeni strategiyası: Krıma və Uzaq Şərqə hücum



                ABŞ hökuməti Rusiya və Çinin qarşısının alınmasıyla bağlı yeni strategiyanı nəzərdən keçirir. Bu strategiyalardan biri Krıma, digəri isə Rusiyanın Uzaq Şərq bölgəsinə hücumdur.
Bu iddia ilə “Forin Polisi” çıxış edib. Məqalə müəllifləri ABŞ-ın böyük güclərlə rəqabət erasına hazırlaşmağa cəhd göstərdiyini bildiriblər. Hazırda ABŞ hakimiyyətindəki bəzi nüfuzlu şəxslərin horizontal eskalasiya və xərclərə səbəb olma strategiyasını inkişaf etdirməyə çalışdığı qeyd edilib.
Strategiyanın mahiyyətində ABŞ-ın “öz məhdudiyyətsiz müdaxiləsi sayəsində” dünyanın istənilən yerinə müdaxilə edərək, Çin və Rusiyaya ciddi ziyan vurmaq dayanır. Xüsusilə, strategiyada Rusiyanın Baltikyanını işğal edəcəyi təqdirdə ABŞ-ın Krım və Suriyadakı Rusiya hərbçilərinə zərbə endirəcəyi qeyd edilib. Amerikalıların fikrincə, belə sərt yanaşma düşməni hücum fikrindən yayındıra və ilkin hədəfindən imtina etməsinə gətirib çıxara bilər.
Vaşinqtonun tərtib etdiyi strategiyada həmçinin ən aqressiv variant kimi ABŞ-ın müttəfiqlərinin müdafiəsi üçün Rusiyanın Uzaq Şərq, Çinin isə qərb rayonlarına hücum məsələsi də yer alıb.
ISTRINAD






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA