sedanews.az
sedanews.az

İsrail İran ordusunu vurdu

19-11-2019, 15:31 746 dəfə baxılıb

İsrail İran ordusunu vurdu



                İsrai ordusu Suriyada onlarla hədəfə zərbə endirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Haaretz” qəzeti yayıb. Hücum edilən hədəflərin Əsəd rejimi ilə yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasına da məxsus olduğu bildirilib.
Hücumun İran qüvvələrinin İsrail ərazisinə atdığı raketə cavab olaraq həyata keçirildiyi qeyd edilib.
İsrail baş naziri Netanyahu da bunun İsrail ərazisinə açılan atəşə verilən cavab olduğunu deyib.
“Kim bizə zərər vurarsa, ona ağrılı cavab verəcəyik. Biz bu gecə İranın Qüds briqadası və Suriyanın hərbi obyektlərinə qarşı məhz belə də etdik”, - Baş nazir bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA