sedanews.az
sedanews.az

Məşhur ərəb şahzadəsi narkotikdən öldü

12-12-2019, 15:57 832 dəfə baxılıb

Məşhur ərəb şahzadəsi narkotikdən öldü 



 

Londonda dəbdəbəli mənzildə ölü vəziyyətdə tapılan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) şahzadəsi əl-Qasiminin yüksək dozada narkotik qəbul etməsi təsdiqlənib.
Ərəb şahzadəsi ötən ilin iyulunda yaşadığı malikanədə qonaqlıq verərkən həyatını itirib.
İngiltərənin Vestminster Məhkəməsi mövzu ilə əlaqədar aparılan araşdırmanın nəticəsinini ictimaiyyətə açıqlayıb. Məlum olub ki, BƏƏ-nin rəhbərlərindən biri olan Şeyx Sultan bin Məhəmməd əl-Qasiminin oğlu Şeyx Xalid bin Sultan əl-Qasimi Knightsbridge məhəlləsindəki malikanəsində yüksək dozada narkotik maddə istifadə edib.
Əl-Qasimi cinsi əlaqənin müddətini uzatmaq üçün külli miqdarda metamfetamin qəbul edib. Şahzadənin qanında xeyli miqdarda kokain və cinsi gücü artıran kimyəvi maddələr aşkarlanıb.
Şahzadənin ölümünün dəqiq səbəbi məlum olduqdan sonra ailəsi mətbuata açıqlama verməkdən imtina edib.
Şeyx Xalid bin Sultan əl-Qasiminin ölümü ilə əlaqədar BƏƏ-də bütün bayraqlar yarıya endirilib və üç günlük matəm elan edilib.(baku.ws)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA