sedanews.az
sedanews.az

Tramp İrana hücum əmri verdi – Şok iddia

21-06-2019, 12:35 915 dəfə baxılıb

Tramp İrana hücum əmri verdi – Şok iddia

                ABŞ Prezidenti Donald Tramp yaşanan gərginlikdən sonra İrana hücum əmri verib, lakin bir müddət sonra əmri ləğv edib.
Sedanews.az xəbər verir ki, bu iddia ilə “Nyu York Tayms” nəşri çıxış edib.
Məlumata görə, hücum əmrindən sonra ABŞ gəmiləri və təyyarələri döyüşə hazır vəziyyətə gətirilib, ancaq daha sonra bir raket belə atılmadan əmr geri götürülüb. ABŞ-ın ABC kanalı da “Nyu York Tayms”ın xəbərini təsdiqləyib.
Trampın hücum əmrini ləğv etmək qərarının fikir dəyişikliyi, yoxsa strateji səbəblərdən qəbul edilməsinə dair məlumat yoxdur.
Qeyd edək ki, İranın ABŞ dronunu vurduqdan sonra jurnalistlərdən birinin “İrana hücum edəcəksinizmi?” sualına Ağ Ev rəhbəri “Yaxın zamanda görəcəksiniz” cavabını vermişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA