sedanews.az
sedanews.az

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?

18-07-2019, 17:52 922 dəfə baxılıb

AB Türkiyəyə “ikinci cəbhə” açdı: Nə baş verir?



                Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı “ikinci cəbhə”nin açılmasına səbəb olub.
Axar.az xəbər verir ki, bu barədə “Çarqrad” telekanalının siyasi şərhçisi Kamran Həsənov danışıb.
AB bazar ertəsi Türkiyənin Kipr sularındakı fəaliyyətlərinə cavab olaraq ilk sanksiyaları tətbiq edib: Türkiyə-AB şurasının iclası ləğv edilib və yüksək səviyyədə dialoq dayandırılıb, 2020-ci ildə nəzərdə tutulmuş yardımlar məhdudlaşdırılıb, Avropa İnvestisiya Bankına Türkiyəyə kreditlərlə bağlı qərarı yenidən nəzərdən keçirməsi tövsiyə edilib və sanksiya variantlarına dair işin davam etdirilməsi tapşırılıb. Buna cavab olaraq isə Türkiyə Aralıq dənizində apardığı fəaliyyətləri davam etdirəcəyini açıqlayıb.
Nə baş verir?
Türklər və avropalılar arasında münaqişə yunanlara görə gərginləşib. Kiprin xüsusi iqtisadi zonasında təbii qaz axtarışları aparan iki gəmi – “Fateh” və “Yavuz” var. Yunanıstan və Kipr hökuməti onların qanunsuz olduğunu və Kipr sərhədlərini pozduğunu düşünür. Türklər isə “başqasının ərazisində” geoloji kəşfiyyat işlərinə burada yunanlarla yanaşı türklərin də yaşaması və sonuncunun regionun təbii sərvətlərinə eyni dərəcədə haqqı çatması ilə haqq qazandırır.
Həsənovun sözlərinə görə, əgər əvvəllər Kipr ətrafında mübahisə etnik-dini və siyasi xarakter daşıyırdısa, bu gün artıq iqtisadi xarakter alıb.
“Bu məsələdə 2011-ci il dönüş nöqtəsi hesab olunur. O zaman Kipr şelfində 230 milyard kub metr ehtiyata sahib nəhəng “Afrofita” yatağı aşkarlanıb. Buradan bir qədər aralıda İsrail “Tamar” və “Leviafan”, Misir isə “Zöhr” yatağını aşkar edib. Mavi yanacağın işlənməsində Qərbin böyük şirkətləri iştirak edir. Ankaranın reaksiyasını nəzərə alsaq, Türkiyə və AB arasındakı qaz mübahisəsi Nyutonun üçüncü qanununa uyğun şəkildə çalışacaq: AB Türkiyəyə nə qədər fəal şəkildə təzyiq etsə, Ankara da bir o qədər müqavimət göstərəcək.
Qaz yataqları ətrafında mübahisə Türkiyəyə qarşı “ikinci cəbhə”nin açılmasına səbəb olub. Əgər əvvəllər Ərdoğan S-400 aldığına görə onu “cəzalandırmaq” istəyən ABŞ-a qarşı çıxırdısa, indi ona qarşı Türkiyənin əsas partnyoru sayılan Avropa Birliyi meydan oxuyur”, - ekspert qeyd edib.
AB-nin Türkiyənin məhsul dövriyyəsinin 50 faizini təşkil etdiyini nəzərə alaraq sanksiyaların ölkə iqtisadiyyatına necə təsir göstərəcəyi barədə sualı cavablandıran Həsənov bildirib ki, artıq türkiyəli məşhur politoloq Aydın Sezərin bu mövzuda dolğun açıqlaması var.
Sezərin sözlərinə görə, sanksiyalar simvolik xarakter daşıyır və ölkə iqtisadiyyatına heç bir təsiri olmayacaq.
“Kipr xüsusi iqtisadi zonasında Fransa və İtaliyanın neft-qaz şirkətləri çalışır. AB Türkiyənin fəaliyyətini beynəlxalq hüquq cəhətdən qanunsuz hesab edir. Lakin Türkiyə Şimali Kiprdə yaşayan türk icmasının hüquqlarının təmin edilməsi üçün qarant rolunu oynayır. Buna görə də adanın şelfində karbohidrogen mənbələrinin birgə işlənməsini təklif edir. Ötən həftə Kiprin türk hissəsinin rəhbərliyi bu məsələyə dair BMT-yə konkret təklif göndərib”, - Sezər qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA