sedanews.az
sedanews.az

İsraillə ABŞ arasında gizli görüş keçirildi- İranla bağlı son qərar verildi?.. Ötən həftə İsrailin ABŞ-dakı səfiri Ron Dermer gizli şəkildə Alyaskaya gedərək Amerika rəsmiləri ilə təhlükəsizlik sahəsində ABŞ-İsrail əməkdaşlığı və İran barədə həssa

29-07-2019, 16:22 875 dəfə baxılıb

İsraillə ABŞ arasında gizli görüş keçirildi- İranla bağlı son qərar verildi?..



 

Ötən həftə İsrailin ABŞ-dakı səfiri Ron Dermer gizli şəkildə Alyaskaya gedərək Amerika rəsmiləri ilə təhlükəsizlik  sahəsində ABŞ-İsrail əməkdaşlığı və İran barədə həssas mövzuları müzakirə edib.   
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, birinci dəfə cümə günü İsrail televiziyasının 13-cü kanalında Barak Ravid adlı müxbir bu ziyarət haqqında məlumat yayıb. O, adları açıqlanmayan İsrail rəsmilərinin ABŞ ştatlarından birinə gedişinin adi diplomatik səfər olmadığını,  “daha vacib” bir məqsəd daşıdığını bildirib.  
R.Dermerin Alyaskaya səfəri İranın nüvə başlığı daşıya bilən "Şahab-3" raketini sınaqdan keçirdiyi həftə baş tutub. “Nyu-York Tayms” qəzetinin yazdığına görə, bu raket İranın cənubundan atılıb və 1100 km məsafə uçaraq Tehranın şərqinə eniş edib. Hərbi senzura daha ətraflı məlumatın bazar günü yayımlanacağını bəhanə edərək həmin yazını sildirib.
Xatırladaq ki, dünən –iyuun 28-də İsrail Müdafiə Nazirliyi Alyaskada "Xes-3" raket əleyhinə sistemin müvəffəqiyyətli sınaqlarının keçirilməsi haqda məlumat yayıb. Məlumatda ölkənin ABŞ-dakı səfiri Ron Dermerin də sınaqları müşahidə etdiyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA