sedanews.az
sedanews.az

ABŞ-ı silkələyən telefon danışığının stenoqramı yayıldı

26-09-2019, 12:28 757 dəfə baxılıb

ABŞ-ı silkələyən telefon danışığının stenoqramı yayıldı

                Ağ Ev ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbətinin stenoqramı dərc edilib.
Publika.az xəbər verir ki, bu haqda “Hill” nəşri yazıb.
Tramp stenoqramın dərci ilə bağlı qeyd edib ki, təqdim edilmiş materiallar iki dövlət başçısının söhbətində heç bir qanun pozuntusunun olmadığını göstərir.
Trampın fikrincə, Demokratlar Partiyasının nümayəndələri impiçment prosedurunun başlanması üçün telefon danışığından istifadə edirlər. Həmçinin, Tramp bildirib ki, Zelenskiyə təzyiq göstərməyib.
“Prezident Zelenski özü bəyanatla çıxış etdi ki, qətiyyən təzyiq olmayıb”, - Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri, demokrat Nensi Pelosi ötən gün Donald Trampın impiçmenti proseduruna başladıqlarını bəyan edib. Ukrayna Prezidenti Vladimir Zelenski ilə Trampın 2019-cu ilin iyulunda keçirdiyi telefon danışığını impiçment üçün əsas hesab edir. Məlumata görə, Donald Tramp sabiq vitse-prezident və ABŞ prezidentliyinə demokrat namizəd Co Baydenin Ukraynada biznes fəaliyyəti göstərən oğlu ilə bağlı araşdırılma aparılması üçün Zelenskiyə təzyiq edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA