DataLife Engine / ABŞ Putin və Zelenskinin qərar verməli olduğu məsələləri dəqiqləşdirir

ABŞ Putin və Zelenskinin qərar verməli olduğu məsələləri dəqiqləşdirir





ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Əbu-Dabi danışıqlarında Vladimir Putin və Volodimir Zelenskinin qərar verməli olduğu əsas məsələləri dəqiqləşdirməyi hədəfləyirlər.
Sedanews.az xəbər verir ki, bu barədə “Axios” amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, tərəflərin razılaşma istiqamətində əhəmiyyətli irəliləyiş əldə etmək və mövqelərini yaxınlaşdırmaq imkanı var.
“Tərəfləri yenidən danışıqlar masasına qaytarmaq asan olmadı. Biz vasitəçi olaraq ümidverici əlamətlər görürük”, – rəsmi bildirib.

Dün, 14:43
Go back