
Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşüb.
sedanws.az xəbər verir ki, görüşdə iki ölkə arasında ticarət və turizm əlaqələri, Asiya-Sakit okean regionunda əməkdaşlıq və çoxqütblü dünya düzəninin formalaşması müzakirə olunub.
Putin bildirib ki, Rusiya ilə Çin daha ədalətli çoxqütblü dünya düzəninin formalaşmasına konstruktiv yanaşır. Onun sözlərinə görə, iki ölkənin ortaq məqsədi Asiya-Sakit okean regionunun rifahına töhfə verməkdir.
Rusiya Prezidenti 2026-cı ildə ikitərəfli ticarət dövriyyəsində artım gözlədiyini deyib. O əlavə edib ki, Pekinin təşəbbüsü ilə tətbiq olunan vizasız rejim qarşılıqlı turist səfərlərinin artmasına şərait yaradıb.
Si Cinpin isə Rusiya ilə münasibətlərin geniş perspektivlərə malik olduğunu və beynəlxalq şəraitdəki dəyişikliklər fonunda sabit qaldığını bildirib. O, Çinin regionun rifahı naminə Rusiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Çin lideri qeyd edib ki, Pekin və Moskva çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə töhfə verəcəklər.