sedanews.az
sedanews.az

Yunanlardan Ərdoğana: Aya Sofyanın qisasını aldıq

4-04-2019, 12:10 1 130 dəfə baxılıb

                                                                       

Yunanlardan Ərdoğana: Aya Sofyanın qisasını aldıq

 <img src="https://imgs.su/upload/196/3775733342.jpg">       
                       
            12 Punto            14 Punto            16 Punto            18 Punto        
     Qardaş ölkə - Türkiyədə keçirilən bələdiyyə seçkiləri yunan mediasının da diqqətində olub.
Sedanews.az xəbər verir ki, Yunanıstanda çap olunan əksər qəzetlər, bir sıra ictimai-siyasi xəbər portalları müxalifyönlü CHP-nin İstanbul, Ankara və İzmir kimi əsas şəhərlərdə qalib gəlməsini sevinclə qarşılayıblar.
Belə ki, yunan mediasında “Aya Sofyanın intiqamı”, “Türklər Aya Sofyanın intiqamını aldı” başlıqlı xəbərlər diqqət çəkib.
Qeyd edək ki, yunan KİV-in bu səpkidə yazıları səbəbsiz deyil. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncəki açıqlamasında Aya Sofyaya ziyarətin ödənişsiz ola biləcəyini istisna etməmişdi.
Türk liderin “Adını muzey deyil, Aya Sofya məscidi qoyarıq” deməsi yunanların hiddətinə səbəb olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA