sedanews.az
sedanews.az

İlham Əliyevdə bu qətiyyəti gördüm - Ərdoğan

22-06-2021, 11:44 39 dəfə baxılıb

İlham Əliyevdə bu qətiyyəti gördüm - Ərdoğan


Prezident İlham Əliyevlə birgə Şuşaya hərəkət etdik. Qərbə, "Qarabağı gəlin, görün" dedik. Xüsusilə, Minsk Qrupu buranı görməlidir. Görün, 30 ildə buranı kim nə günə salıb.
 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Tarixi və mədəni əsərlərin və ağacların yandırıldığı və məhv edildiyi bu gözəl coğrafiyanın dirilməsinə şəxsən şahid oldum. Yolların və tunellərin açılmasına başlanıldığı bu bölgənin ən geci bir il ərzində yeni bir simaya sahib olacağına inanıram. Cənab Əliyevdə bu qətiyyəti gördüm. Şuşada azərbaycanlı qardaşlarımızın sevincini bölüşdük. Daha sonra Cıdır düzündə özünəməxsus bir mənzərənin müşayiəti ilə azərbaycanlı gənclərimizin tədbirini izlədik. Azərbaycan tarixində iz qoyan bir çox məşhur sima şuşalıdır", - Ərdoğan qeyd edib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA