sedanews.az
sedanews.az

Bakı-Sabunçu qatarı qayıtdı - Tarix bilindi

3-06-2019, 11:09 1 200 dəfə baxılıb

Bakı-Sabunçu qatarı qayıtdı - Tarix bilindi

    
                                                                      
            
2019-cu il 3 iyun tarixindən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı fəaliyyətini bərpa edəcək. 
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən verilən məlumatda qeyd edilir.
Qatarın yeni qrafiki ilə ADY-nin rəsmi saytında tanış olmaq olar.
Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.
Plastik kartlar Bakı-sərnişin stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər. 
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Xatırladaq ki, elektrik qatarının hərəkəti bir neçə gün öncə təmir səbəbindən dayandırılmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA