sedanews.az
sedanews.az

Ölkəyə gətirilən dekorativ bitkilər xəstəlik yayır

6-01-2022, 16:21 693 dəfə baxılıb

Ölkəyə gətirilən dekorativ bitkilər xəstəlik yayır 

Bakıda şam ağacları bir- bir qurumağa başlayıb.
Bakıda bir müddət əvvəl xüsusilə şam ağacları arasında yayılan xəstəlik hələ də davam edir.
Əvvəllər Abşeronda ağaclar arasında qurumanın səbəbi qeyri-müəyyən olsa da, artıq şamların hansı səbəbdən quruduğu üzə çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov deyir ki, qurumanın səbəbləri iqlim dəyşikliyi və suvarmada yaşanan problemlərdir. Bundan başqa, dekorativ məqsədlə ölkəyə gətirilən digər bitkilərdən də şamlara yolxucu xəstəliklər keçib. O, şamlarda hansı xəstəliyin aşkarlandığını da deyib.
Tofiq Məməmdov ağacların quruması ilə bağlı Abşeronda bugünkü vəziyyətin olduqca təhlükəli olduğunu deyir. Bildirir ki, buna adekvat tədbir görülməsə, vəziyət daha da ciddiləşə bilər. Qurumanın qarşısını almaq üçün mütləq düzgün aqrotexniki qulluq edilməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu təhlükənin qarşısını almaq üçün aidiyəti qurumların iştirakı ilə birgə komissiya yaradılıb. Quruyan ağacların bərpası qeyri-mümkün olduğundan dərhal onun kəsilərək götürülməsi, yerinin dərmanlanması və yeni ağacların əkilməsi təmin edilir. Bundan başqa, xəstəliyin qarşısını almaq üçün sağlam şam ağaclarına vaxtında qulluq edilməsinə başlanıb.
Milli.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA